Tramp:
Dünya
244
18:25, Bu gün

Tramp: "İran danışıqlarda nüvə ambisiyalarından imtina etmədi"

"Vaşinqton və Tehran nümayəndə heyətləri İslamabadda problemli mövzuların əksəriyyətini razılaşdırıblar, lakin nüvə məsələsi həll olunmamış qalıb".

Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Görüş yaxşı keçdi, əksər məsələlər razılaşdırıldı, lakin yeganə həqiqətən vacib məqam, nüvə məsələsi həll olunmamış qaldı", - deyə o vurğulayıb.

Tramp əlavə edib ki, danışıqlar təxminən 20 saat davam edib və əldə olunmuş razılaşmalar hərbi əməliyyatın davam etdirilməsindən daha yaxşıdır, lakin bu nəticələr İranın nüvə ambisiyaları səbəbindən əhəmiyyət kəsb etmir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər