İran zərbələrə məruz qalmış zavodun işini yaxın vaxtlarda bərpa edəcək
Dünya
340
15:50, Bu gün

İran zərbələrə məruz qalmış zavodun işini yaxın vaxtlarda bərpa edəcək

"İran atəşkəs rejimi elan edildikdən sonra hücuma məruz qalan Lavan adasındakı neft emalı zavodunu yaxın vaxtlarda bərpa edəcək. Zavodun bir hissəsi artıq 10 gündən sonra işə salınacaq".
 
Moderator.az SNN agentliyinə istinadən xəbər verir ki, bu barədə İran neft nazirinin müavini Məhəmməd Sadıq Əzimifər bildirib.
 
"Hazırda hadisə yerində dağıntıların təmizlənməsi və zədələnmiş avadanlıqların dəyişdirilməsi üçün briqadalar çalışır. Təxminən 10 gün ərzində biz zavodun bir hissəsini işə salacağıq, qalan hissələr isə mərhələli şəkildə istismara veriləcək", - deyə o qeyd edib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər