Astanada yaşayış binasında yanğın: Üç azyaşlı həlak olub
Dünya
382
15:40, Bu gün

Astanada yaşayış binasında yanğın: Üç azyaşlı həlak olub

Qazaxıstanın Astana şəhərində aprelin 12-nə keçən gecə çoxmərtəbəli binada yanğın baş verib.
 
Moderator.az zakon.kz saytına istinadən xəbər verir ki, yanğında üç azyaşlı həlak olub, yanıq xəsarətləri alan bir qadın isə xəstəxanaya yerləşdirilib.
 
Yanğın 21 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindəki mənzildə qeydə alınıb.
 
Xilasedicilər yuxarı mərtəbələrdən 20 nəfəri təxliyə ediblər, daha 40-a yaxın sakin isə binanı özləri tərk edib.
 
Yanğının başvermə səbəbləri araşdırılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər