Bizi sosial şəbəkələrdən izləyin:
Səudiyyə Ərəbistanı İranın zərbələri nəticəsində dəyən ziyanı qiymətləndirdikdən bir neçə gün sonra "Şərq-Qərb" boru kəmərinin işini sutkada təxminən yeddi milyon barel neft həcmində tam bərpa edib.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi "X" platformasında məlumat yayıb.
"Hücumlar nəticəsində zədələnmiş enerji obyektləri və "Şərq-Qərb" elektrik ötürücü xətti iş qabiliyyətini bərpa edib ki, bu da tədarükün etibarlılığını artırıb", - deyə idarənin mesajında bildirilir .
Xatırladaq ki, aprelin 8-də boru kəmərinə PUA hücumu edilib. Hücumlar səbəbindən hasilat və "Şərq-Qərb" boru kəmərinin ötürmə qabiliyyəti sutkada demək olar ki, 700 min barel azalıb. Həcmlərin bərpası qismən Manifa neft yatağı hesabına təmin edilib, hücumlar nəticəsində orada hasilat sutkada 300 min barel azalıb.