Roma Papasından şok ittiham:
Dünya
198
14:25, Bu gün

Roma Papasından şok ittiham: "ABŞ-ın İran hücumu hakimiyyət hərisliyidir"

Roma Papası XIV Lev Müqəddəs Pyotr bazilikasındakı çıxışı zamanı ABŞ-ın İrana hücumunu kəskin pisləyən bəyanatla çıxış edib.
 
Moderator.az xəbər verir ki, tarixdə ilk amerikalı Papa olan XIV Lev Vaşinqtonun hərbi addımlarını "özünə və pula pərəstiş" adlandıraraq, dünya liderlərini güc nümayişindən əl çəkməyə çağırıb.
 
 Papa ABŞ-ın hərbi müdaxiləsini mənəvi tənəzzülün nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu hücum sülhə deyil, yalnız "özünü hər şeyə qadir hesab etmək" illüziyasına xidmət edir.
 
Qərb mediası Papanın "özünə və pula pərəstiş" ifadəsini birbaşa Prezident Donald Trampa ünvanlanmış işarə kimi qəbul edib. XIV Lev bu cür hərəkətləri "müasir bütpərəstlik" adlandıraraq xəbərdarlıq edib.
 
 Mənşəcə amerikalı olmasına baxmayaraq, XIV Lev dəfələrlə Tramp administrasiyasının siyasətinə qarşı çıxıb. Onun budəfəki çıxışı İslamabadda uğursuzluqla bitən sülh danışıqları fonunda xüsusi əhəmiyyət kəsb edir.
 
Katolik dünyasının rəhbəri müharibəni dayandırmağın yeganə yolunun dialoq və mənəvi dəyərlərə qayıdış olduğunu vurğulayıb.
 
Qeyd olunur ki, Papanın bu çıxışı ABŞ daxilindəki katolik seçicilər arasında Trampa qarşı narazılığı artıra və Vaşinqtonun beynəlxalq nüfuzuna mənəvi zərbə vura bilər. Vatikandakı bu çıxış müharibənin mənəvi tərəfi ilə bağlı dünyada geniş müzakirələrə yol açıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər