Macarıstanda parlament seçkisi keçirilir
Dünya
296
09:50, Bu gün

Macarıstanda parlament seçkisi keçirilir

Macarıstanda parlament seçkisi keçirilir.
 
Moderator.az rg.ru-ya istinadən xəbər verir ki, seçkinin nəticəsi 199 deputatdan ibarət yeni parlamentin tərkibini müəyyən edəcək.
 
93 deputat mandatı partiya siyahıları üzrə, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülür. Parlamentə daxil olmaq üçün partiyalar beşfaizlik səddi keçməlidirlər.
 
Ölkənin baş naziri parlament tərəfindən sadə səs çoxluğu ilə seçilir. Daha sonra Macarıstan prezidenti qalib partiyanın namizədini baş nazir vəzifəsinə namizəd irəli sürür.
 
Seçkidə beş partiya iştirak edir, əsas mübarizə hakim "Fides" və müxalifətçi "Tisza" partiyaları arasında gedir.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər