Bizi sosial şəbəkələrdən izləyin:
"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki-üç mühüm mövzuda fikirlər ayrılıb".
Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunub, lakin 2-3 vacib məsələ üzrə fikirlər ayrılıb və nəticədə danışıqlar razılaşmaya gətirib çıxarmayıb. Bu danışıqlarda Hörmüz boğazı mövzusu kimi bəzi yeni mövzular da əlavə olunub və onların hər birinin öz mürəkkəbliyi var", - deyə o qeyd edib.
Bəqainin sözlərinə görə, danışıqlar etimadsızlıq və şübhə ab-havasında keçib.
"Təbii ki, əvvəldən bir sessiyada razılaşma əldə olunacağını gözləmək olmazdı. Heç kim belə bir şey gözləmirdi. Danışıqların bu raundu bu il ərzində ən uzun olub və ümumilikdə 24 və ya 25 saat davam edib", - deyə o vurğulayıb.