Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək
Dünya
380
08:30, Bu gün

Pakistan ABŞ və İran arasında vasitəçiliyi davam etdirəcək

Pakistan ABŞ və İran arasında dialoqda vasitəçi rolunu davam etdirəcəyini və tərəflərin atəşkəs öhdəliklərinə əməl edəcəyinə ümid etdiyini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 
Bildirilib ki, İslamabad tərəflərin davamlı sülhə nail olmaq üçün konstruktiv mövqe sərgiləyəcəyinə ümid edir. Eyni zamanda vurğulanıb ki, bütün tərəflərin atəşkəs üzrə öhdəliklərə riayət etməsi son dərəcə vacibdir.
 
Pakistan həmçinin yaxın günlərdə də İran və ABŞ arasında dialoqun təşviqində aktiv rol oynamaq niyyətində olduğunu bəyan edib.
 
Rəsmi İslamabad hazırkı danışıqların təşkilinə görə hər iki tərəfə təşəkkürünü bildirib və nümayəndə heyətlərinin İslamabad şəhərində keçirilən məsləhətləşmələrdə iştirakını yüksək qiymətləndirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər