Dünya
555
21:36, Bu gün

"Dördölçülü şahmat qrossmeysteri": Tramp İranda özünü məğlub etdi" - "The Economist"

"Güc hər zaman haqlılıq demək deyil və bəzən hətta qələbə belə gətirmir..."

Donald Tramp İrana qarşı başladığı müharibənin əsas məğlubuna çevrilə bilər. ABŞ nə elan etdiyi məqsədlərə tam nail oldu, nə də hərbi əməliyyatlar gözlənilən nəticəni verdi.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu "The Economist" nəşri yazıb.

Uğursuz strategiya və reallıqla toqquşma

Nəşr yazır ki, bu kampaniya əksinə, Amerikanın hərbi gücünün sərhədlərini açıq göstərdi.
Atəşkəs münaqişəni dayandırsa belə, bu hələ zəmanətli deyil və əsas məğlubun Tramp olacağı ehtimalı yüksəkdir. Onun yeni "Amerika gücü" yanaşması həm praktikada uğursuz oldu, həm də ciddi strateji boşluqları üzə çıxardı.

Kövrək sülh və dərin ziddiyyətlər

Hazırda vəziyyət qeyri-sabit olaraq qalır. ABŞ və İran yalnız nüvə məsələsində deyil, həm də regiondakı digər məsələlərdə, o cümlədən Hörmüz boğazı və Livanla bağlı ortaq mövqe tapa bilmir. Tərəflər hətta danışıqların predmetində belə razılığa gəlməyib.

Bununla yanaşı, Trampın müharibəni yenidən başlatmaq ehtimalı azalır. Onun sərt bəyanatları daha çox uğursuz siyasəti ört-basdır etməyə yönəlmiş ritorika kimi qiymətləndirilir. Çünki yeni eskalasiya qlobal bazarlarda panika yarada və "Yaxın Şərqin qızıl dövrü" ideyasını fiaskoya çevirə bilər.

Zəifləmiş İran və nəticəsiz qələbə illüziyası

İran ağır zərbələr alsa da, kapitulyasiya etməyib. Hərbi imkanları ciddi şəkildə zəifləyib, iqtisadiyyatı geriləyib, lakin rejim hələ də hakimiyyətdədir və danışıqlarda sərt mövqe tutur.

Trampın "böyük qələbə" iddiasına baxmayaraq, müharibənin əsas məqsədləri - regionu təhlükəsiz etmək, rejimi devirmək və nüvə proqramını dayandırmaq reallaşmayıb. Əksinə, Tehran regionda yeni təsir alətləri əldə edib və xüsusilə Hörmüz boğazı üzərindən təzyiq imkanlarını artırıb.

Nüvə riski və güc illüziyası

Müharibə nüvə təhlükəsini də artırıb. İranın ehtiyatında hələ də yüksək zənginləşdirilmiş uran qalır və bu, potensial olaraq nüvə silahına yol aça bilər. Bu isə regionda silahlanma yarışını sürətləndirə bilər.

Eyni zamanda, müharibə ABŞ-ın gücü ilə bağlı yanlış təsəvvürləri dağıtdı. Texnoloji üstünlüyə baxmayaraq, Amerika bu gücü davamlı nəticəyə çevirə bilmədi. Hərbi sənayenin məhdudiyyətləri və İranın asimmetrik taktikası göstərdi ki, təkcə güc qələbə demək deyil.

Güc hər zaman qələbə gətirmir

"The Economist" belə nəticəyə gəlir ki, müharibə son çarə olmalı idi, lakin Tramp bu qərarı daha çox ambisiya ilə verdi. Bu qarşıdurma bir daha göstərdi: güc nə həmişə haqlılıqdır, nə də qələbənin təminatıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər