Ərdoğan Makronla İran və Qafqazı müzakirə etdi
Dünya
268
20:50, Bu gün

Ərdoğan Makronla İran və Qafqazı müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident Ərdoğan İrana hücumlarla başlayan prosesin bütün dünyaya mənfi təsir etdiyini və Türkiyənin müvafiq ölkələrlə birlikdə dəstəklədiyi diplomatik səylərin atəşkəs prosesində mühüm rol oynadığını bildirib.

Prezidentlər telefon danışığında beynəlxalq hüquqa əsaslanaraq Hörmüz boğazında keçid sərbəstliyinin təmin edilməsi, Suriyada baş verənlər, Cənubi Qafqazda sülh prosesinin dəstəklənməsi, davamlı sülh axtarışları və Ukrayna ilə Rusiya arasında danışıqların canlandırılması məsələləri ətrafında müzakirə aparıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər