Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib
Dünya
279
18:38, Bu gün

Əbdüllətif Rəşid İraqda prezident seçkilərində iştirakdan imtina edib

İraqın hazırkı rəhbəri Əbdüllətif Rəşid növbəti prezident seçkilərində iştirakdan imtina edib.
 
Moderator.az xəbər verir ki, bu barədə İraqın milli xəbər agentliyi - INA məlumat yayıb.
 
"Parlamentin spikeri Heybət əl-Halbusi Əbdüllətif Rəşidin adının namizədlər siyahısından (prezident seçkilərində iştirak etmək üçün - red.) çıxarıldığını elan edib", - agentlik bildirib.
 
Beləliklə, prezident postuna namizədlərin sayı indi 16 təşkil edir.
 
İraq Prezidenti Nümayəndələr Şurasında (parlamentdə) səs çoxluğu ilə seçilir, səlahiyyət müddəti 4 ildir.
 
Əbdüllətif Rəşid 2022-ci ilin oktyabrında İraq Prezidenti seçilib. /report/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər