Tehranın
Dünya
292
17:38, Bu gün

Tehranın "dəmir şərtləri" – İran öz "qırmızı xətlərini" vasitəçilərə təqdim etdi

İranın dövlət telekanalı IRIB-in yaydığı son məlumata görə, rəsmi Tehran İslamabadda davam edən tarixi danışıqlar çərçivəsində Pakistanın vasitəçi heyətinə özünün dəyişməz "qırmızı xətlərini" və əsas tələblərini çatdırıb.
 
Moderator.az xəbər verir ki, İran tərəfi bu şərtlər yerinə yetirilmədən heç bir yekun sülh sazişinin imzalanmayacağını bəyan edib.
 
Tehranın ABŞ və müttəfiqləri qarşısında qoyduğu "keçilməz" şərtlər:
 
İran Hörmüz boğazına tam nəzarətin və suverenliyin yalnız ona məxsus olmasını, hərbi gəmilərin keçidinin Tehranın icazəsi ilə tənzimlənməsini tələb edir.
 
Müharibə nəticəsində İranın infrastrukturuna və iqtisadiyyatına dəyən milyardlarla dollarlıq zərərin ABŞ və müttəfiqləri tərəfindən ödənilməsi əsas şərtlərdən biridir.
 
Xarici banklarda, xüsusən ABŞ və Avropada dondurulmuş on milyardlarla dollarlıq İran vəsaitlərinin dərhal və qeyd-şərtsiz sərbəst buraxılması.
 
Təkcə İranla deyil, bütün regionda – Livan, Suriya və Yəməndə davam edən hərbi əməliyyatların tam və uzunmüddətli dayandırılması.
 
İran tərəfi vurğulayır ki, bu dörd bənd "müzakirə olunmayan" fundamental hüquqlardır.
 
Qeyd olunur ki, bu "qırmızı xətlər" Donald Trampın "maksimum təzyiq" və ABŞ-ın "şirin neft" strategiyası ilə kəskin ziddiyyət təşkil edir. İndi bütün dünya Cey Di Vens və Cared Kuşnerin rəhbərlik etdiyi ABŞ heyətinin bu ağır şərtlərə necə cavab verəcəyini gözləyir. İslamabadda gərginlik zirvə nöqtəsinə çatıb – tərəflər ya XXI əsrin ən böyük sövdələşməsinə imza atacaq, ya da regional müharibə yeni bir şiddət dalğası ilə davam edəcək. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər