KİV: ABŞ İranın xarici banklarda dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb
Dünya
170
14:10, Bu gün

KİV: ABŞ İranın xarici banklarda dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb

ABŞ Qətərdə və digər xarici banklarda saxlanılan İranın dondurulmuş aktivlərinin azad edilməsinə razılaşıb.

Moderator.az xəbər verir ki, “Reuters“ bu barədə İrandakı yüksək səviyyəli mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilib ki, aktivlərin dondurulmasının aradan qaldırılması Hörmüz boğazından təhlükəsiz keçidin təmin edilməsi ilə birbaşa bağlıdır və bu məsələnin

İslamabadda danışıqlarda əsas mövzulardan biri olacağı gözlənilir. Eyni zamanda bu, Vaşinqtonla İslamabadda aparılan danışıqlarda bu addım “razılaşmaya nail olmaqda ciddiyyət” əlaməti kimi qiymətləndirilib.

Hələ ki, ABŞ İranın dondurulmuş aktivlərinin azad edilməsinə dair rəsmi açıqlama verməyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər