Rusiya PUA-larla Odessaya hücum edib, ölən və yaralılar var
Dünya
145
10:20, Bu gün

Rusiya PUA-larla Odessaya hücum edib, ölən və yaralılar var

Rusiya ordusu aprelin 11-nə keçən gecə Ukraynanın Odessa şəhərində pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.

İlkin məlumata görə, iki gənc həlak olub, bir neçə nəfər yaralanıb.

Hücum nəticəsində mülki infrastrukturun ciddi zərər gördüyü vurğulanıb. Onlarla fərdi və çoxmənzilli yaşayış binası, yataqxana, eləcə də uşaq bağçasının binası zədələnib. İctimai iaşə obyektləri və digər infrastruktur qurumlarının da zərər çəkdiyi qeyd edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər