Orban: Ukraynanın Aİ vasitəsilə Qərb dünyasına inteqrasiya planı real deyil
Dünya
277
08:40, Bu gün

Orban: Ukraynanın Aİ vasitəsilə Qərb dünyasına inteqrasiya planı real deyil

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın NATO-ya üzv ola bilməyəcəyini bildirib.

Bu barədə o, "ATV" telekanalına müsahibəsində deyib.

Orban qeyd edib ki, Ukraynanın Aİ və NATO vasitəsilə Qərb dünyasına inteqrasiya planı real deyil və Rusiya buna imkan verməyəcək.

Onun sözlərinə görə, bu strategiya Kiyevin əsas hesablaması olsa da, nəticə verməyib.

Baş nazir əlavə edib ki, bu vəziyyət münaqişənin əsas səbəblərindən biridir və Ukrayna müharibədə məğlub vəziyyətdədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər