Ceff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı
Dünya
266
08:00, Bu gün

Ceff Bezosun şirkəti Ay tozundan oksigen əldə edən reaktor hazırladı

Amerikalı milyarder Ceff Bezos tərəfindən qurulan "Blue Origin" şirkəti elektrik cərəyanı vasitəsilə Ay tozundan oksigen əldə edə bilən reaktor hazırlayıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The Telegraph" nəşri məlumat verib.

Məlumata görə, "Air Pioneer" adlanan qurğu Ay tozundakı minerallardan oksigeni ayırır. Bu mineralların əksər hissəsinin tərkibində dəmir və alüminium kimi metallara bağlı oksigen mövcuddur.

Proses elektrolizə əsaslanır: təxminən 1 600 dərəcə temperaturda əridilmiş Ay tozu elektrik cərəyanına məruz qalır, bundan sonra oksigen ionları ayrılır və qaz kimi toplanır, metallar isə ayrıca çökdürülür.

"Blue Origin" iddia edir ki, texnologiya astronavtların nəfəs alması üçün, eləcə də Ayda raket yanacağı və tikinti materialları istehsalı üçün oksigen əldə edilməsini təmin edə bilər. Sistem kompakt və kosmik missiyalar üçün potensial faydalı elan olunub.

Xatırladaq ki, aprelin 1-də ABŞ "Artemis-2" missiyası çərçivəsində Aya göyərtəsində dörd astronavtın olduğu pilotlu kosmik gəmi buraxıb. Bundan əlavə, mart ayında NASA planlarını yenidən nəzərdən keçirib və maliyyələşdirməni Ayın orbitində kosmik stansiyasının tikintisi əvəzinə onun səthində baza qurulmasına yönəltmək qərarına gəlib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər