Bu, Hitlerin yəhudilərə qarşı siyasətindən fərqlənmir - Ərdoğan
Dünya
280
10 Apr 2026 | 23:55

Bu, Hitlerin yəhudilərə qarşı siyasətindən fərqlənmir - Ərdoğan

İsrailin yalnız fələstinli məhbuslara ölüm cəzası tətbiq etmə qərarı “aparteid”ə ((irqi ayrı-seçkilik – red.) bərabərdir və qanunu irqçi faşizmin alətinə çevirir.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Bu, ayrı-seçkilikdir, irqçilikdir. İsraildə 1994-cü ildə Cənubi Afrikada devrilmiş “aparteid” rejimindən daha pis bir sistem tətbiq olunur. İsrail parlamentinin fələstinli məhbuslar üçün ölüm cəzasının tətbiqi ilə bağlı qərarı mahiyyət etibarilə Adolf Hitlerin yəhudilərə qarşı siyasətindən heç nə ilə fərqlənmir”, – Ərdoğan söyləyib.

Link kopyalandı!
Son xəbərlər