Ukrayna ordusu Xəzər dənizində Rusiya platformalarını vurub - VİDEO
Dünya
144
22:37, Bu gün

Ukrayna ordusu Xəzər dənizində Rusiya platformalarını vurub - VİDEO

Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində Rusiya ordusunu yanacaqla təmin edən iki qazma platformasına zərbə endirib.

Moderator.az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı və Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Bildirilib ki, aprelin 10-na keçən gecə Ukrayna qüvvələri Xəzər dənizinin şelfində yerləşən obyektlərə hücum ediblər. Zərbələr Rusiyanın hərbi-iqtisadi potensialını zəiflətmək məqsədilə həyata keçirilib.

Hücum nəticəsində "V.Qrayfer" və "Yuri Korçagin" yataqlarında yerləşən buzadavamlı stasionar platformalar vurulub. Qeyd olunub ki, bu obyektlər Rusiyanın "Lukoyl" şirkətinə məxsusdur.

Platformaların cəbhə xəttindən təxminən 1 000 km məsafədə, Xəzərin şimal hissəsində yerləşdiyi bildirilib. Onların Rusiya ordusunun yanacaq təminatında mühüm rol oynadığı qeyd olunub.

Ukrayna hərbi rəhbərliyi bu cür zərbələrin davam etdiriləcəyini açıqlayıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər