Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
Dünya
153
22:30, Bu gün

Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Qadın Qolunun 9-cu Toplantısı üçün İstanbula səfər edən iştirakçılarını qəbul edib.

Moderator.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Türkiyədə qadınlar hər sahədə, daha çox iş, daha çox əmək, daha çox əlavə dəyər yaradır", - Ərdoğan bildirib.

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP – International Conference of Asian Political Parties) Asiya regionunda 50-dən çox ölkədən 370-dən çox siyasi partiyanı bir araya gətirən nüfuzlu beynəlxalq platformadır.

Yeni Azərbaycan Partiyası (YAP) bu təşkilatın fəal üzvlərindən biridir. Azərbaycan mütəmadi olaraq ICAPP-ın mühüm tədbirlərinə ev sahibliyi edir. Bakıda 17 oktyabr 2025-ci il "Gülüstan" sarayında YAP-ın ev sahibliyi ilə ICAPP Daimi Komitəsinin 44-cü iclası və Asiya Mədəniyyət Şurasının 4-cü iclası keçirilib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər