Rusiya-Ukrayna müharibəsi bitir?
Dünya
254
22:00, Bu gün

Rusiya-Ukrayna müharibəsi bitir?

Rusiya və Ukrayna arasındakı sülh müzakirələri artıq son mərhələyə qədəm qoyur və tərəflərin tezliklə rəsmi razılığa gələcəyi gözlənilir.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Kirill Budanov "Bloomberg" nəşrinə verdiyi müsahibəsində səsləndirib.

O, rəsmi Moskva ilə aparılan sülh dialoqunda müsbət dinamikanın müşahidə olunduğunu və qısa müddət ərzində yekun müqavilənin imzalana biləcəyini diqqətə çatdırıb.

"Hər kəs müharibənin yekunlaşmalı olduğunu dərk edir. Məhz bu səbəbdən müzakirələr davam edir. Prosesin çox uzanacağını zənn etmirəm", - deyə Budanov bildirib.

Prezident Volodimir Zelenskinin aparat rəhbəri əlavə edib ki, indiyə kimi vasitəçilərin iştirakı ilə keçirilən görüşlərdə tərəflər maksimalist yanaşmalarından çıxış etsələr də, artıq yavaş-yavaş ortaq məxrəcə gəlirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər