23:00
12°C
Bakı
ABŞ Prezidenti Donald Tramp İranın şəxsi danışıqlarda nüvə silahından imtina edəcəyini bildirdiyini iddia edib.
Moderator.az xəbər verir ki, bu barədə Tramp "The New York Post"a açıqlamasında deyib.
Onun sözlərinə görə, Tehran qeyri-rəsmi görüşlərdə nüvə proqramından imtina etdiyini desə də, ictimaiyyət qarşısında uranın zənginləşdirilməsi hüququnu müdafiə edir.
Tramp İranın səmimiliyinə şübhə etdiyini vurğulayıb.