Litva meteoşarlarla bağlı insidentdən sonra Belarusa sərt xəbərdarlıq edib
Dünya
217
20:00, Bu gün

Litva meteoşarlarla bağlı insidentdən sonra Belarusa sərt xəbərdarlıq edib

Litvanın Xarici İşlər Nazirliyi (XİN) aprelin 9-da meteozondların Litvanın hava məkanını pozduğu və mülki aviasiyaya təhlükə yaratdığı insidentlə əlaqədar Belarusa qəti etirazını bildirib.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva XİN-in bəyanatında bildirilib.

Məlumata görə, insident səbəbindən Vilnüs aeroportu üzərində hava məkanı 7 saatdan çox müddətə qismən bağlanıb.

XİN həmçinin Belarusdan mütəşəkkil qeyri-qanuni miqrasiya axınının artmasına diqqət yetirib. Bu il Litva hüquq-mühafizə orqanları dövlət sərhədinin qanunsuz keçilməsi üzrə 347 cəhdin qarşısını alıb.

Litva tələb edib ki, Belarus hava məkanının və quru sərhədinin sistematik pozulmasını dayandırmaq üçün dərhal tədbirlər görsün.

Nazirlikdən həmçinin xəbərdarlıq edilib ki, bu qanunsuz əməllərə son qoyulmasa, Litva sərhəd buraxılış məntəqələrindən hərəkətə məhdudiyyətləri bərpa etmək və öz hava məkanını, mülki aviasiyasını və milli təhlükəsizliyini qorumaq üçün əlavə tədbirlər görmək hüququnu özündə saxlayır.

Hava məkanının məhdudlaşdırılması Litvada aprelin 9-u saat 22:30-da tətbiq edilib və 5 saat sonra ləğv olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər