İranın 10 bənddən ibarət planı Yaxın Şərqdə sülh nizamlanması üzrə gələcək danışıqlar üçün əsas olacaq.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.
"Bu planın danışıqlar üçün əsas olacağı barədə razılıq əldə edilib", - deyə nazirlik qeyd edib.
XİN əlavə edib ki, İran hakimiyyəti real diplomatiya əvəzinə ABŞ və İsrailin yenidən silahlanmasına və sonradan hərbi əməliyyatların bərpasına səbəb olacaq atəşkəsə qarşı çıxır.
"İran həmişə dialoqa getməyə hazırdır, lakin respublikaya qarşı hərbi əməliyyatların bərpasını nəzərdə tutan dialoqa yox. Biz yenidən silahlanmağa və hücumları bərpa etməyə imkan verəcək belə atəşkəs istəmirik. Biz aydın şəkildə bildirmişik ki, bizə zəmanətlər zəruridir", - deyə bəyanatda bildirilib.