İsrail Trampın istəyi ilə Livana hücumları məhdudlaşdıracaq
Dünya
242
18:27, Bu gün

İsrail Trampın istəyi ilə Livana hücumları məhdudlaşdıracaq

İsrail Livana hücumları dayandırmaq niyyətində deyil, lakin ABŞ Prezidenti Donald Trampın istəyinə uyğun olaraq əməliyyatların miqyasını məhdudlaşdıracaq.

Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Tramp indiyədək İsraildən "Hizbullah" təşkilatına qarşı əməliyyatların miqyasını azaltmağı xahiş etməmişdi. Lakin ABŞ Administrasiyası bu hücumların İranla danışıqlara və Hörmüz boğazının açılması səylərinə mane olacağından ehtiyatlanır.

Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu Livanla mümkün qədər ən qısa zamanda birbaşa danışıqlara başlamaq barədə göstəriş verdiyini bəyan etmişdi.

"Axios" portalının məlumatına görə, danışıqlar gələn həftə Vaşinqtonda keçirilməlidir. Hər iki tərəf ABŞ-dəki səfirlər səviyyəsində təmsil olunacaq.

İsrailin "Kan" telekanalı isə xəbər vermişdi ki, rəsmi Təl-Əviv ABŞ tərəfinin təzyiqləri səbəbindən Vaşinqtonda Livanla danışıqlar keçirməyə razılaşıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər