Göyərtəsində Amerika Birləşmiş Ştatlarının ali hərbi rəhbərliyinin nümayəndələri olan təyyarə İsrail ərazisindən havaya qalxıb.
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Ehtimal olunur ki, ABŞ Silahlı Qüvvələrinin "Cessna US-35A Citation Ultra" təyyarəsi ABŞ və İran nümayəndələrinin görüşünün planlaşdırıldığı Pakistana uçur.
Hazırkı mərhələdə hava gəmisinin Səudiyyə Ərəbistanı səmasını qət edərək Fars körfəzinə doğru uçduğu qeyd olunur.
Xatırladaq ki, bir müddət öncə ABŞ və İran heyətlərinin mövcud münaqişələri tənzimləmək məqsədilə Pakistanda bir araya gələcəyi barədə xəbər dərc edilib. Lakin İran mediası bu məlumatı inkar edərək, belə bir təmasın ancaq Livanda atəşkəs əldə ediləcəyi təqdirdə reallaşa biləcəyini vurğulayıb.