19:17
13°C
Bakı
Uzun fasilədən sonra Aya ilk insanlı missiyalardan biri olan Artemis II missiyası başa çatmaq üzrədir.
Moderator.az xəbər verir ki, ekipajı daşıyan kosmik gəminin aprelin 11-də Bakı vaxtı ilə saat 04:07-də ABŞ sahilləri yaxınlığında Sakit Okean sularına enməsi planlaşdırılır.
NASA-nın yaydığı məlumata görə, aprelin 1-də başlayan missiya artıq son mərhələyə daxil olub.
Bildirilir ki, ekipaj missiya zamanı Ay orbitində hərəkət edərək peykin daha əvvəl görünməyən hissələrinin görüntülərini əldə edib və hazırda Yerə qayıdış üçün hazırlıqlar aparır.