80 yaşında həyatla vidalaşan dünyaşöhrətli rumıniyalı futbol mütəxəssisi Mirça Luçesku öz vətənində son mənzilə yola salınıb.
Moderator.az xəbər verir ki, əfsanəvi məşqçi ilə vida mərasimi Rumıniyanın paytaxtı Buxarest şəhərindəki "Aziz Eleftherios" kilsəsində baş tutub.
Mərasimdən sonra tanınmış mütəxəssisin cənazəsi Bellu qəbiristanlığına aparılaraq orada torpağa tapşırılıb.
Qeyd edək ki, zəngin karyerası boyu Mirça Luçesku Türkiyənin "Qalatasaray" və "Beşiktaş", eləcə də Ukraynanın "Dinamo Kiyev" və "Şaxtyor Donetsk" kimi nəhəng klublarına rəhbərlik edib.
O, həmçinin Türkiyə və Rumıniya yığmalarının baş məşqçisi postunu tutub. Mütəxəssis çalışdırdığı komandalarla birlikdə çoxlu sayda titul qazanıb və beynəlxalq arenalarda mühüm nailiyyətlərə imza atıb.