Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi - VİDEO
Dünya
144
17:30, Bu gün

Pezeşkianın oğlu atəşkəsdən əvvəlki günlə bağlı paylaşım etdi - VİDEO

"İranla ABŞ arasında atəşkəs razılaşması əldə olunduqdan az sonra İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian özünün "Telegram" kanalında maraqlı yazı dərc edib. Yazıda onun həmin ərəfədə görüb müşahidə etdikləri və Donald Trampın ultimatumu nəticəsində yaranmış vəziyyət barədə düşüncələri öz əksini tapıb".

Bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Xatırladaq ki, atəşkəsdən öncə Tramp İrana sərt xəbərdarlıq edərək, bütöv bir sivilizasiyanın məhv olacağı ilə hədələmişdi. Yusif Pezeşkian da məqaləsinə həmin hədənin doğurduğu narahatlığı əks etdirən epizodla başlayıb: "Səhər bir iclasda idim, orada hökumətin bir neçə üzvü də vardı. Heç birimiz bilmirdik ki, hansısa danışıqlar gedir, ya yox. İclasda olan bəzi hökumət üzvləri narahat idilər. Sabah səhər baş verə biləcək hadisəyə görə narahatlıq keçirirdilər. Deyirdilər ki, prezident xalqla danışmalıdır. Elə bu gecə danışmalıdır. Sabah gecdir… Heç kim dilə gətirmirdi, amma hiss edirdim ki, onlar ABŞ-nin İrana qarşı atom bombası istifadə edə biləcəyindən narahat idilər".

Daha sonra Yusif Pezeşkian başqa işi olduğu üçün iclası tez tərk etdiyini, digər görüşlərini təsvir edir və gecəyarısı sosial şəbəkəyə daxil olarkən yenicə tanış olduğu və xaricdə yaşayan bir monarxist iranlının ona mesaj yazdığını görür. Həmin şəxs ona bildirir ki: "Əgər elektrik kəsilsə və daha danışa bilməsək, halal edin". Bu sözlərdən onun ağlına yenə atom bombası gəlir və həmin şəxsə yazır ki, Allah nə istəyibsə, o da olacaq. Amma az sonra həmin tanışı ona İranla ABŞ arasında ikihəftəlik atəşkəs əldə olunduğunu yazır və bu barədə Ağ Evin açıqlamasını göndərir. Bir neçə dəqiqə sonra isə İranda olan dostları bununla bağlı Ali Milli Təhlükəsizlik Şurasının bəyanatını da ona yollayırlar.

Yusif Pezeşkian bu məqamda, prezident oğlu olmasına rəğmən, xaricdə yaşayan bir monarxiya tərəfdarının atəşkəs razılaşmasından ondan tez xəbər tutmasına təəccüblənib", - deyə materialda bildirilib.

Daha ətraflı videosüjetdə:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər