Nigeriyada silahlı hücum: Ölənlərin sayı artır...
Dünya
145
17:35, Bu gün

Nigeriyada silahlı hücum: Ölənlərin sayı artır...

Nigeriyanın şimal-şərqində yerləşən Borno əyaləti ərazisində "Boko Haram" terror qruplaşmasının həyata keçirdiyi hücum nəticəsində ölən əsgərlərin sayı 18-ə çatıb.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Nigeriya prezidenti Bola Əhməd Tinubu hücumu pisləyib və hökumətin ölkədə terrorla mübarizədə qərarlı olduğunu bildirib.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriya ərazisində fəaliyyət göstərən “Boko Haram” qruplaşması 2009-cu ildən bu yana törətdiyi terror aktları nəticəsində on minlərlə insanın ölümünə səbəb olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər