ABŞ-də uzun müddət ac qalan bir yaşlı körpə həşərat yeyərək həyatını itirib.
Moderator.az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
Bədbəxt hadisə Corciya ştatına tabe olan Duqlasvill şəhərində qeydə alınıb. İstintaq məlumatlarına əsasən, azyaşlı təqribən 12 saat boyunca digər beş bacı-qardaşı ilə evdə böyüklərin iştirakı olmadan tək buraxılıb. Həmin vaxt kəsiyində uşaqlara heç bir qida verilməyib və onlar tamamilə baxımsız qalıblar. Bir yaşlı körpə isə evdə tutduğu tarakan və qarışqanı yeməli olub.
Hadisə ilə əlaqədar uşaqların 37 yaşlı anası Şerri Meqbi saxlanılıb. Qadına qarşı ikinci dərəcəli uşaq istismarı üzrə altı fərqli maddə ilə ittiham irəli sürülüb. Hüquq-mühafizə orqanları bildirir ki, azyaşlıların qayğısına qalmaq evdəki 10 yaşlı uşağın öhdəliyinə buraxılıb.