İsrail İspaniyanı Qəzzanın koordinasiya mərkəzindən çıxarıb
Dünya
204
16:00, Bu gün

İsrail İspaniyanı Qəzzanın koordinasiya mərkəzindən çıxarıb

İspaniya Qəzza zolağı üçün nəzərdə tutulmuş Mülki-Hərbi Koordinasiya Mərkəzindən çıxarılıb.

Moderator.az-ın xəbərinə görə, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar qərar verib.

İsrail Xarici İşlər Nazirliyinin bəyanatına görə, bu qərar İspaniya hökumətinin anti-İsrail ritorikası səbəbindən verilib.

Nazirlik İspaniyanı İsrailin və ABŞ-ın maraqlarına ciddi şəkildə ziyan vurmaqda ittiham edib.

Sözügedən qərarla bağlı İspaniyaya məlumat verilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən və sülh planı kimi tanınan layihəyə əsasən, Qəzza zolağında atəşkəsin nəzarət altında saxlanılması üçün Mülki-Hərbi Koordinasiya Mərkəzi yaradılmalıdır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər