Tramp Hörmüz boğazı ilə bağlı təcili olaraq NATO-ya müraciət edib
Dünya
382
12:10, Bu gün

Tramp Hörmüz boğazı ilə bağlı təcili olaraq NATO-ya müraciət edib

ABŞ Prezidenti Donald Tramp NATO ölkələrini Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə avropalı diplomatlar CNN-ə bildiriblər.

Xəbərə görə, bu çağırış çərşənbə günü NATO-nun baş katibi Mark Rütte ilə keçirilən görüşdən sonra səsləndirilib.

Mənbələrin sözlərinə görə, Ağ Ev rəhbərliyi bir neçə gündür bu məsələ üzrə müttəfiqlərlə fəal danışıqlar aparır və vəziyyətin həm ABŞ, həm də Avropa üçün təcili olduğunu vurğulayır.

Diplomatların bildirdiklərinə görə, Rütte Trampa NATO müttəfiqlərinin ABŞ və İsrailin İrana qarşı başladığı müharibədən ciddi şəkildə təəccübləndiyini də çatdırıb.

Rütte Vaşinqtonda çıxışı zamanı Böyük Britaniyanın Baş naziri Kir Starmer və digər müttəfiqlərlə əməkdaşlıq sayəsində boğazın bağlanmasının qəbul edilə bilməyəcəyini və onun açıq qalmalı olduğunu bildirib.

Buna baxmayaraq, Tramp NATO müttəfiqlərini yenidən tənqid edib və Vaşinqtonun onlara ehtiyacı olanda kifayət qədər dəstək görmədiyini deyib.

Bundan əvvəl "The Wall Street Journal" yazıb ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə qısa telefon danışığında mövqeyini sərt şəkildə ifadə edib. Mənbələrə görə, ABŞ Administrasiyası gələn həftə sonu Tehranla danışıqların pozulmaması üçün səylərini davam etdirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər