“İsrail İrana qarşı hərbi əməliyyata başlamaq təklifini hələ Barak Obama və Co Bayden prezident olduqları dövrdə irəli sürüb”.
Moderator.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Con Kerri deyib.
Kerri Benyamin Netanyahu ilə apardığı söhbətlərdən öz təcrübəsini bölüşərək, İsrail Baş nazirinin Prezident Donald Trampdan əvvəl də ABŞ-dən İrana zərbələr endirilməsində iştirak etməsini istədiyini təsdiqləyib.
“Bəli, o, bizdən İrana zərbə endirməyi istəyirdi. Prezident Obamanın yanına gəldi, təqdimat etdi və zərbə endirməyi xahiş etdi. Prezident Obama imtina etdi. Prezident Bayden də qəbul eləmədi. Prezident Buş imtina etmişdi. Yalnız bir Prezident - Tramp bu təklifi qəbul elədi”, - Kerri vurğulayıb.
Dövlət katibi həmçinin qeyd edib ki, İrana qarşı müharibəyə qarşı çıxanların heç biri ABŞ-nin hərbi gücündən və nəticə əldə etmək qabiliyyətindən şübhə etməyib: “Amma fakt budur ki, burada qaçılmaz təhlükə yox idi”.
Kerri Trampın Netanyahunun təkliflərini niyə qəbul etdiyini bilmədiyini də sözlərinə əlavə edib.
(teleqraf)