İran istəsə də, istəməsə də neft tədarükləri bərpa olunacaq - Tramp
Dünya
420
09:11, Bu gün

İran istəsə də, istəməsə də neft tədarükləri bərpa olunacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp İranın əməkdaşlığından asılı olmayaraq Yaxın Şərqdən dünya bazarına neft tədarükünün tezliklə bərpa olunacağını bildirib.
 
Musavat.com xəbər verir ki, o, bunu Truth Social-da paylaşıb:
 
"Mənim sayəmdə İran heç vaxt nüvə silahına sahib olmayacaq və İranın köməyi ilə və ya onsuz - mənim üçün fərqi yoxdur, neft tədarükü çox tezliklə bərpa olunacaq”.
 
O, həmçinin Trampın "vaxtından əvvəl qələbə elan etdiyini" bildirən redaksiya məqaləsi dərc edən The Wall Street Journal-ı da tənqid edib: "Bu, qələbədir və burada vaxtından əvvəl heç nə yoxdur". 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər