01:12
8°C
Bakı
İsrail və Livan növbəti həftə ABŞ-nin paytaxtı Vaşinqtonda danışıqlar aparacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid israilli rəsmiyə istinadən məlumat yayıb.
"İlk görüş Vaşinqtonda, Dövlət Departamentində baş tutacaq. ABŞ tərəfinə Livandakı səfir Mişel İssa rəhbərlik edəcək. İsraili Vaşinqtondakı səfir Yehiel Leyter təmsil edəcək. Livan tərəfini isə Vaşinqtondakı səfir Nada Həmadə-Moavad təmsil edəcək", - o bildirib.