01:59
8°C
Bakı
Almaniya polosi ölkənin qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində "Sparkasse" bank filialına silahla daxil olan kişini zərərsizləşdiriblər .
Moderator.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Bildirilir ki, bu gün axşam saatlarında silahlı kişi "Sparkasse" filialına daxil olub. Polis gələndə şübhəli hələ də binanın içində olub. Bank hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb və polis helikopteri hadisə yerində dövrə vurub.
Silahlı şəxs polis tərəfindən saxlanılıb.
Hadisənin motivləri məlum deyil.