Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, danışıq zamanı ABŞ və İran arasında elan edilən 15 günlük müvəqqəti atəşkəs, İslamabadda başlayacaq danışıqlar diqqət mərkəzində olub.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılıq əldə ediblər. İran öz növbəsində bəyan edib ki, bu dövr ərzində İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.
İsrail isə atəşkəs barədə qüvvədə olan qərarın Livana şamil edilmədiyini əsas gətirərək aprelin 8-də bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin sədri Məhəmməd-Bağır Qalibaf bildirib ki, Livanda atəşkəs planın ilk şərti idi.