Daşqından zərər çəkən Dağıstan və Çeçenistanda fövqəladə vəziyyət regional səviyyədən federal səviyyəyə qaldırılıb.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov hökumət komissiyasının iclasında deyib.
O bildirib ki, respublika rəhbərləri dəymiş ziyanı dərhal qiymətləndirməli, dəstək tədbirləri barədə vətəndaşlara davamlı məlumat verməli və mənzil və sosial əhəmiyyətli obyektlərin bərpası üçün planlar hazırlamalıdırlar.
Kurenkovun sözlərinə görə, Dağıstanda yağışın yaratdığı daşqının nəticələri regional hakimiyyət orqanlarının təkbaşına öhdəsindən gələ bilməyəcəyi qədər genişdir:
"Şübhəsiz ki, fəlakətin miqyası regional hakimiyyət orqanlarına fövqəladə halın nəticələrini müstəqil şəkildə həll etməyə imkan vermir".