Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Dünya
257
09 Apr 2026 | 21:30

Merz Pakistanın Baş naziri ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Almaniya kansleri Fridrix Merz Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın Nazirlər Kabinetinin sözçüsü Sebastian Hille məlumat verib.

Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

"Almaniya kansleri ABŞ və İran arasında atəşkəs sazişi əldə etmək üçün səylərinə görə Baş nazirə təşəkkür edib. Tərəflər Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi apardılar və müharibənin davamlı olaraq yalnız diplomatik yolla başa çatmasının mümkün olduğu barədə razılığa gəldilər", - Hille qeyd edib.

Link kopyalandı!
Son xəbərlər