Semyon Slepakova qarşı cinayət işi açılıb
Dünya
279
09 Apr 2026 | 21:20

Semyon Slepakova qarşı cinayət işi açılıb

Rusiyalı komik Semyon Slepakova qarşı cinayət işi açılıb.

Moderator.az xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.

Bildirilir ki, o, sosial şəbəkə paylaşımları ilə "xarici agent" barədə qanunu pozmaqda ittiham olunur. Bu səbəbdən Slepakov barəsində cinayət işi başlanıb. Onu iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, Semyon Slepakov rusiyalı və israilli yumorist, aktyor, ssenarist, prodüser və müəllif-ifaçıdır. O, 2019-cu ildə "Nika" kino mükafatına layiq görülüb və vaxtilə KVN-in "Pyatiqorsk yığması" komandasının kapitanı olub. Hazırda Rusiya hüdudlarından kənarda yaşayır.

Link kopyalandı!
Son xəbərlər