ABŞ və İran atəşkəsin detallarını razılaşdırır
Dünya
469
20:40, Bu gün

ABŞ və İran atəşkəsin detallarını razılaşdırır

ABŞ administrasiyası və İran hakimiyyəti atəşkəs rejiminin parametrləri ilə bağlı mübahisəli məsələlərin həlli üzərində işləyir.

Moderator.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin birinci müavini Kristofer Landau Vaşinqtonda Atlantik Şurasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, tərəflər uzunmüddətli və effektiv atəşkəsə nail olmaq niyyətindədirlər, lakin onun hansı əraziləri və tərəfləri əhatə edəcəyi kimi detallar hələ müəyyənləşdirilməyib.

Landau qeyd edib ki, hazırda tərəflər bu məsələləri dəqiqləşdirmək üçün danışıqları davam etdirir və hərbi kampaniyanın başa çatdırılması istiqamətində fəal iş aparırlar.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər