Dünya
277
19:37, Bu gün

"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi

"Telegram"ın yaradıcısı Pavel Durov Avropa İttifaqını tabeçiliyində olan QHT-lər və media orqanları vasitəsilə internetdə senzura və nəzarəti gücləndirməyə bəraət qazandırmaq cəhdlərində ittiham edib.

Moderator.az xəbər verir ki, o, ittifaqla bağlı fikirlərini öz "Telegram" kanalında paylaşıb.

İş adamının sözlərinə görə, Brüssel "AI Forensics" adlı qurumun imkanlarından istifadə edir. Durov iddia edir ki, bu təşkilat birbaşa Avropa Komissiyasına xidmət edir və Corc Soros tərəfindən maliyyələşdirilir.

"Avropa Komissiyası üçün fəaliyyət göstərən və Soros tərəfindən maliyyələşən "AI Forensics" qurumu "Telegram"ı problem kimi təqdim edir, çünki istifadəçilər digər sosial şəbəkələrdəki məzmunları şəxsi "Telegram" qruplarında sərbəst şəkildə müzakirə edə bilirlər", - deyə Durov paylaşımında bildirib.

O, paylaşımına Fransanın dövlət telekanalı "France 24"ün istifadəçilərin sosial şəbəkələrdə təhqiramiz materiallar yaymaq üçün "Telegram"dan istifadə etdiyini iddia edən məqaləsinin ekran görüntüsünü də əlavə edib. Durov, həmçinin bu "qeyri-hökumət" təşkilatının "cəfəng hekayəsini" tirajlayan media qurumlarının siyahısını da təqdim edib. Bu siyahıya "El País", "Der Spiegel", "Wired", AFP, "Le Parisien", "20 Minutes", "Ouest-France" və "Le Figaro" kimi nəşrlər daxil edilib.

"Telegram"ın rəhbəri qeyd edib ki, cəmiyyəti manipulyasiya etməyə yönəlmiş bu cür cəhdlərin qarşısını almaq son dərəcə vacibdir, çünki onlar qalan azadlıqlarımızı da əlimizdən almağa xidmət edir. O əlavə edib ki, bəzi insanlar hələ də bu tip təşkilatları ciddiyə alır, lakin onların əksəriyyəti COVID dövründə ictimai etimadı artıq itirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər