Sadettin Saran
İdman
191
19:10, Bu gün

Sadettin Saran "Dortmund"la əlaqələrini işə saldı: 35 milyon avroluq qol silahı - FOTO

"Fənərbağça"nın prezidenti Sadettin Saran "Borussiya Dortmund"un qvineyalı ulduzu Seru Qirassi üçün Almaniya klubu ilə rəsmi danışıqlara başlayıb.

Moderator.az xəbər verir ki, "Borussiya Dortmund" Qirassi ilə bağlı qərarını verdiyi bir vaxtda, idman direktoru Lars Riken ulduz futbolçunun gələcəyi barədə diqqətçəkən açıqlamalarla çıxış edib.

"Həmin mövqedə Seru Qirassi və Fabio Silva kimi oyunçularımız var. Məncə, bu mövqedə mükəmməl vəziyyətdəyik. Onun hər transfer pəncərəsində komandadan ayrılacağı ilə bağlı xəbərlər eşidirik. Amma o, hələ də buradadır. Mənim, Olenin və Niko Kvaçın ən böyük arzusu Serunun bu yay da bizimlə qalmasıdır. O bizimlə özünü son dərəcə rahat hiss edir və onu buraxmaq kimi bir niyyətimiz əsla yoxdur", - deyə Riken Almaniya mətbuatına verdiyi müsahibədə qeyd edib.

Seru Qirassinin müqaviləsində yer alan 35 milyon avroluq sərbəstqalma məbləği diqqət çəkir və əldə edilən məlumatlara görə, Saran bu rəqəmi ödəməyə olduqca isti yanaşır.

Xatırladaq ki, Sadettin Saran "Borussiya Dortmund"un müflis olmaq təhlükəsi ilə üzləşdiyi çətin günlərdə (2004-2005-ci illər mövsümü) təqribən 4-5 milyon avro sərmayə yatıraraq klubun səhmlərini almış və 5-ci ən böyük səhmdara çevrilmişdi. Daha sonra isə o, bu səhmlərini geri çəkmək məcburiyyətində qalmışdı.

Saranın Almaniya təmsilçisi ilə keçmişə dayanan bu xüsusi və ikili əlaqələrindən istifadə edərək, Qirassi transferinin həyata keçirilməsində asanlıq yaradılmasını tələb edəcəyi bildirilir.

Sadettin Saran Dortmundla əlaqələrini işə saldı: 35 milyon avroluq qol silahı - FOTO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər