Məşhur alman aktyor Mario Adorf 95 yaşında vəfat etdi
Dünya
203
18:50, Bu gün

Məşhur alman aktyor Mario Adorf 95 yaşında vəfat etdi

Məşhur almaniyalı aktyor Mario Adorf 95 yaşında vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Aktyor qısa sürən xəstəlikdən sonra Parisdəki mənzilində dünyasını dəyişib.

Sürixdə (İsveçrə) anadan olan tanınmış sənətçi film və teleseriallarda 200-dən çox rol oynayıb. Aktyor daha çox mənfi obrazları canlandırıb. Ümumilikdə Adorf ən müxtəlif rolları ifa edə bilməsi və ən fərqli xarakterləri canlandıra bilməsi ilə də yadda qalıb.

Avropadan kənarda o "Qalay baraban" filmi və "On zənci balası" romanının ekranlaşdırılmasındakı rolları ilə tanınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər