Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdi
Dünya
262
18:37, Bu gün

Nyu-Yorkun sabiq memarı törətdiyi silsilə qətlləri etiraf etdi

Nyu-York ştatının keçmiş memarı Reks Hoyermann səkkiz qadının qətlində günahını etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Məlumata görə, qətlə yetirilən şəxslərin meyitləri Lonq-Aylenddə yerləşən Qilqo çimərliyinin yaxınlığında tapılıb.

İstintaq müəyyən edib ki, 62 yaşlı kişi fahişəliklə məşğul olan qadınlarla tanış olur, daha sonra isə onları boğaraq qətlə yetirirmiş.

Cinayətlər 1993-cü ildən 2010-cu ilə qədər olan dövrdə törədilib.

İstintaqla əməkdaşlıq müqabilində Hoyermann FTB ilə razılaşma əldə edib.

Dəhşətli cinayət əməllərində təqsirləndirilən sabiq məmur barəsində ömürlük həbs cəzasının veriləcəyi gözlənilir.

Qeyd edilir ki, Qilqo çimərliyində baş verən qətllər 10 ildən çox müddət ərzində açılmamış qalıb və ABŞ-də ən səs-küylü kriminal hadisələrdən biri hesab olunurdu. İstintaq 2022-ci ildə yenidən bərpa edilib. Müstəntiqlər mobil telefonlardan əldə edilən məlumatları, şahid ifadələrini və atılmış pizza qabığı üzərində aşkar edilən DNT izlərini təhlil ediblər. Bu sübutlar Hoyermannın izinə düşməyə imkan verib. Şübhəli 2023-cü ilin iyulunda Manhettenin mərkəzində, memar kimi fəaliyyətini davam etdirdiyi yerdə saxlanılıb. Saxlanıldığı zaman günahını etiraf etməyən sabiq məmur məhkəmə prosesində əməllərini boynuna alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər