Rəsmi Tehran: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır
Dünya
560
18:30, Bu gün

Rəsmi Tehran: Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır

Hörmüz boğazı ABŞ gəmiləri üçün də açıqdır, lakin keçid yalnız İranın razılığı ilə və düşmən hərəkət olmadığı halda mümkündür.

Moderator.az xəbər verir ki, bunu İran xarici işlər nazirlinin müavini Səid Xətibzadə Britaniyanın ITV telekanalına açıqlamasında deyib.

“Hörmüz boğazı açıqdır. Lakin əlbəttə ki, hər bir tanker və hər bir gəmi təhlükəsiz keçid üçün İran hakimiyyəti ilə zəruri tədbirləri razılaşdırmalıdır”, — diplomat bildirib.

O, ABŞ gəmilərinə boğazdan sərbəst keçid hüququnun tətbiq olunub-olunmadığı sualına müsbət cavab verib.

“Heç bir fərq yoxdur, yalnız hər hansı düşmən davranış istisna olmaqla. Lakin biz hesab edirik ki, hazırda belə əlamətlər yoxdur. Buna görə hər kəs adi qaydada keçə bilər”, — Xətibzadə əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər