ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdı
Dünya
246
18:10, Bu gün

ABŞ-nin kəşfiyyat PUA-sı Fars körfəzində qəza siqnalı verdi və yoxa çıxdı

ABŞ-nin "Northrop Grumman MQ-4C Triton" PUA-sı Hörmüz boğazı, Fars körfəzi üzərində kəşfiyyat aparıb və anidən qəza siqnalı verərək radarlardan itib.

Moderator.az xəbər verir ki, "UK Defense Journal" nəşri bu barədə "Flightradar24"-ün məlumatlarına istinadən xəbər yayıb.

Bildirilib ki, sözügedən uçuş aparatı son iki gündə iki dəfə Hörmüz boğazı ətrafında hava məkanında patrul xidməti həyata keçirib.

Bu gün səhər saatlarında dron Siciliyadakı Siqonella aviabazasından havaya qalxıb, Hörmüz boğazına çatıb, dövrə vurub və geri qayıdıb.

Lakin Bakı vaxt ilə saat 15:10-da Bəhreynin şimalında PUA kəskin şəkildə dönüşlə İran istiqamətinə qayıdıb və 16 km-dək yüksəkliyə qalxıb.

PUA 7700 siqnalını ötürüb ki, bu da aparatda fövqəladə hadisədən xəbər verir. Lakin bunun hansı xarakterli olduğu hələlik məlum deyil. Son dəfə onu xəritələrdə transponder ilə əlaqədə nasazlıqlar başlayanda Fars körfəzi rayonunda müşahidə ediblər. Hazırda onun harada olduğu məlum deyil.

"Northrop Grumman MQ-4C Triton" su hövzələri və quruda geniş məlumat toplamağa qadir olan uzaqmənzilli kəşfiyyat PUA-sıdır. Bundan əlavə dronun radioelektron kəşfiyyat sistemi var ki, bu, radioelektron şüalanma mənbələrinin yerini müəyyən etməyə, həmçinin drona RLS-lərin fəaliyyət zonalarından yayınmağa imkan verir. Aparat vizual məsafədən kənar mənbələrdən məlumat ötürmə funksiyasını da yerinə yetirə bilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər