Yusuf Güney saxlanıldı - YENİLƏNİB
Dünya
522
19:10, Bu gün

Yusuf Güney saxlanıldı - YENİLƏNİB

Türkiyəli müğənni Yusuf Güney narkotik tərkibli olduğu bildirilən "Ayahuaska çayı" ilə bağlı açıqlamalarına görə saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Y.Güney sözügedən maddə barədə təşviqedici ifadələr işlətməkdə ittiham olunaraq həbs edilib.

15:55
Türkiyəli tanınmış müğənni Yusuf Güney saxlanılıb.
 
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni narkotik tərkibli maddə kimi tanınan “Ayahuska” çayını təbliğ edən açıqlamalarına görə polis tərəfindən saxlanılıb. Hadisə İstanbul şəhərində qeydə alınıb.
 
Bildirilir ki, Yusuf Güney rəqəmsal platformada yayımlanan proqramlardan birində qonaq olarkən tərkibində qadağan olunmuş maddə olan “Ayahuska” çayı barədə müsbət və təşviqedici fikirlər səsləndirib. Bu açıqlamalar hüquq-mühafizə orqanlarının diqqətini çəkib.
 
İstanbul polisi və baş prokurorluğu tərəfindən aparılan araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən çayın tərkibində olan DMT maddəsi 2313 saylı qanuna əsasən qadağan olunmuş psixotrop maddələr siyahısına daxildir.
 
Aparılan əməliyyat nəticəsində müğənni saxlanılaraq polis idarəsinə aparılıb. Hazırda onunla bağlı araşdırmalar davam edir və hüquqi prosedurlar icra olunur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər