Yer kürəsində maqnit fırtınası gözlənilir
Dünya
341
12:26, Bu gün

Yer kürəsində maqnit fırtınası gözlənilir

Günəş səthində yaranmış koronal dəliyin aprelin 10-u günorta saatlarında Yer kürəsinə təsiri gözlənilir. Bu hal geomaqnit fırtınalarının yaranmasına gətirib çıxara bilər.
 
Müvafiq açıqlama Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası, həmçinin qurumun Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu tərəfindən verilib.
 
Təşkilatın hesabatında qeyd olunur ki, cümə günündən başlayaraq şənbə, hətta bazar gününədək davam edəcək 2-3 günlük narahatlıq yaşana bilər. Əsas təsir mənbəyi hesab edilən koronal dəliyin fəallığının sabah günorta radələrində özünü göstərəcəyi ehtimal edilir.
 
Bir müddət öncə aprelin 10-da Yerdə geomaqnit fırtınasının başvermə ehtimalının 50 faizdən artıq olacağı açıqlanıb. Mütəxəssislərin fikrincə, koronal dəliyin yaratdığı təsir zəif xarakter daşıyacaq və uzun sürməyəcək. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər