Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Mark Rütte ilə görüşdən sonra alyans daxilində Qrenlandiyanın mənsubiyyəti məsələsində fikir ayrılıqları olduğunu xatırladıb.
Moderator.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
"NATO ehtiyac duyduğumuz zaman bizə kömək etməyib, yenidən belə hal baş verərsə, onların dəstəyini görməyəcəyik. Qrenlandiyanı unutmayın - bu böyük, pis idarə olunan buz parçasını", - deyə Ağ Ev rəhbəri bildirib.
Tramp daha əvvəl Qrenlandiyanın gələcək mənsubiyyəti ilə bağlı danışıqların başladığını bildirərək həm ABŞ, həm də Avropa üçün yaxşı sazişin əldə olunacağına ümid etdiyini söyləyib.
Ağ Ev rəhbərinin sözlərinə görə, məsələ ilə bağlı bir çox razılaşmalar əldə olunub. O, dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyini bəyan edib.
Qrenlandiya muxtar ərazi hüquqları ilə Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında müqavilə imzalayıblar. Buna uyğun olaraq ABŞ adanı mümkün təcavüzdən müdafiə etmək öhdəliyini üzərinə götürüb.